YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq seçimində yanılmayıb

Kəlbəcərli seçicilərlə görüş keçirilib   

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Tərtər rayonu “Şıxarx-2” qəsəbəsində məskunlaşmış kəlbəcərli seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Vidadi Əhmədov, Seyfəli Məmmədov, şəhid atası Dağıstan Məmmədov və başqaları çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin Dəmir Yumruğu və müzəffər Ordumuzun qəhrəmanlığı ilə beynəlxalq vasitəçilərin uzun illər edə bilmədiklərini və yaxud etmək istəmədiklərini Azərbaycan reallığa çevirib. 2024-cü il 7 fevral seçkilərinin ən şərəfli və qürurlu anı ondan ibarətdir ki, 30 il əvvəl evlərindən didərgin salınan soydaşlarımızın bir hissəsi böyük quruculuq və abadlıqla bərpa olunuan, cənnət məkana çevrilən öz doğma torpaqlarında və azad olunmuş digər yerlərdə səs verəcəklər. Bütün bu nailiyyərlər bir daha göstərir ki, xalq seçimlərində yanılmayıb.

Sonda natiqlər seçiciləri qələbələrin qarantı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə yekdil şəkildə dəstək olmağa və səsvermə günü həmrəylik nümayiş etdirməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv