YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qüdrətli Azərbaycana səs verək!”

Hacıqabul rayonunun Qarasu kəndi və Padar qəsəbəsində seçiçilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Hacıqabul rayonunun Qarasu kəndi və Padar qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Aytən İmanova, Aynur Əsədova, Hökmalı Mirzəyev və Vüsal Nağıyev çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident  İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edilib. Diqqətə çatdırılıb ki,  müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib, torpaqlarımız erməni işğalından azad edilməklə tarixi Zəfər qazanılıb.

Qeyd edək ki, Hacıqabul rayonunun ən yaşlı seçicilərindən olan Meyniman kənd sakini 104 yaşlı Balabikə Nəcəfova və kənd ağsaqqalı Sübhan Ağayevi evlərində ziyarət olunub.

Görüşlər zamanı seçicilər 7 fevralda qalib Lider İlham Əliyevə çağırılıb.

DİGƏR Xəbərlər Arxiv