YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”

Ucar rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Ucar rayonu Yuxarı Şilyan kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Milli Məclisin deputatı Ramil Həsən, şəhid anası Xəysə Cavadova, təşviqat qrupunun üzvləri Nazir Məmmədov və Yaqut Zeynalova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi. Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanılan parlaq qələbə ilə Prezidentin Azərbaycan xalqına vədini və ata vəsiyyətini yerinə yetirdi, tarixi nailiyyətə imza atdı. Bildirilib ki, hazırda Azərbaycan Respublikasının vətəndaşları böyük fərəh hissi ilə Zəfər seçkisinin həyəcanını yaşamaqdadır.

Natiqlər seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə və hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək öz səslərini Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verəcəklərini bildiriblər.

Həmin gün təşviqat qrupunun üzvləri partiyanın veteran üzvü Mahirə Məmmədova ilə onun yaşadığı evdə görüş keçiriblər.

DİGƏR Xəbərlər Arxiv