YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçala rayonunda Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Vətən müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin fəaliyyətinin əsasını Qarabağ məsələsinin birdəfəlik həlli təşkil edib. Müzəffər Ali Baş Komandan kimi tarixi missiyasını uğurla başa vuran cənab İlham Əliyev xalqımıza qələbə sevinci bəxş edib.

Qeyd edək ki, Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yaşayan qazi Əli Mehtiyev evində ziyarət olunub. Ziyarət zamanı  YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və təşviqat qrupunun üzvləri 7 fevral seçkilərinin önəmindən bəhs ediblər. Vətən müharibəsi qazisi Əli Mehtiyev və onun ailəsi seçkilərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləməkdən qürur duyduqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv