YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev xalqın böyük sevgi və rəğbətini qazanıb

Beyləqanda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Beyləqan rayonunda ziyalılar və ağsaqqallarla görüş keçirilib.

YAP Beyləqan rayon təşkilatının qərargahında keçirilən görüşdə təşkilatın sədri Müşfiq Səfərov, təbliğat qrupunun üzvü Etibar İmanov və digərləri çıxış ediblər. Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Onlar toplantı iştirakçılarına xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticələri barədə geniş məlumat verib, ölkəmizdə bu siyəsətə alternativ olmadığını qeyd ediblər.

Həmçinin, Beyləqan şəhəri Sevil Qazıyeva küçəsində seçicilərlə görüş keçirilib. Çıxış edənlər seçiciləri 7 fevralda məntəqələrə gedərək Azərbaycana Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

DİGƏR Xəbərlər Arxiv