YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın seçimi bəllidir

Masallı rayonunda seçicilərlə fərdi görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən  namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Masallı şəhər Mədəniyyət evində ziyalılar və ağsaqqallarla görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupunun üzvləri Qardaş Fətullayev, Rövşən Muxtarov, Cəlal Əliyev, Rövşən Muxtarov, Məmmədağa Şiriyev, Cəmaləddin Məmmədov, Mikayıl Həsənov, Soltanağa Cəfərov, Səyədulla Abbasov, Rəbbi Kərimov, Xankişi Xankişiyev, Nazim Cəfərov, Sərmayə Xoşqədəm İbadova, Soltan Həbibov və Məhərrəməli Qurbanov çıxış ediblər.

Qeyd olunub ki, YAP bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir və ilk dəfə seçkilər Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəkdir. Natiqlər ölkəmizdə həyata keçirilən siyasətin müsbət nəticələrinin hər bir vətəndaşın, o cümlədən Masallı sakinlərinin həyatında hiss edildiyini vurğulayıblar.

Görüşlərdə çıxış edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar seçkilərdə YAP-ın namizədi cənab İlham Əliyevin növbəti dəfə qələbə qazanacağına inandıqlarını bildiriblər.

Həmin gün, həmçinin Masallı rayonunun Ağakişibəyli, Birinci Tiyaqani və Məmmədoba kəndlərinin seçiciləri ilə məhəllələrdə və evlərdə fərdi görüşlər keçirilib. Şərəfə kəndində Birinci Qarabağ müharibəsi qaziləri Ağabala Ağababayevin və Saleh Babayevin, eləcə də şəhid atası Hilal Vəliyevin, Tüklə kəndində isə şəhid atası Seyran Nəcəfovun ailələri ziyarət olunub.

Natiqlər seçiciləri Azərbaycanın parlaq gələcəyinə, qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə  çağırıblar.

DİGƏR Xəbərlər Arxiv