YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Daşkəsən rayonunda seçici ilə görüş keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov, təşviqat qrupunun üzvü Cavanşir Qocayev, şəhid anası Qızbəs Abbasova, şəhid atası Vaqif İsrafilov və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, növbəti prezident seçkiləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etməsini təmin edəcək və bizim gələcək nailiyyətlərimizi şərtləndirəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması müasir tariximizin yeni dövrü hesab edilir. Yeni dövrün də qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib xalqın Lideri İlham Əliyevin sayəsində çatmaq mümkündür.

 Seçicilər xalqımıza yüz illər boyu həsrətində olduğu zəfər duyğusunu yaşadan Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv