YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərdəkan və Şağan qəsəbəsinin seçicilərinin seçimi...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbəsinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra isə “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, təşviqat qrupunun üzvləri Zamiq Əliyev, Bəhruz Məmmədzadə, Təvəkkül Səlimov və Müşviq Əliyev çıxış ediblər. Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi ən qüdrətli bir dövrünü yaşadığı bildirilib. Diqqətə çatdırılıb ki, bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək.

Təşviqat qrup üzvləri  seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv