YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin şanlı səhifələrini yazan Lider

Sabirabad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Sabirabad rayonu Qaralar, Məmişlər, Əsədli, Qəfərli, Ulacalı, Mürsəlli, Bulduq və Şıxlar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Faiq Hüseynov, Xanoğlan Əsgərov, Rəşad Qurbanov, Rəna Hacızadə, Ərzuman Babaşov, Tural Hüseynzadə və Telman Qurbanov çıxış ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd edilib ki, xalqımıza böyük qürur bəxş edən Vətən müharibəsində əldə olunan Zəfərdən sonrakı hərbi-siyasi proseslər məhz Prezident İlham Əliyevin “Dəmir yumruğ”unun qəti qələbəsidir.  Azərbaycan Ordusunun cəmi 44 gün ərzində həyata keçirdiyi əməliyyatlarda, eyni zamanda, diplomatik masada işğalçı ölkənin oyunlarını pozan və qələbə əldə edən Prezident İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qalib Lider  olduğunu isbatladı. O,  təkcə bu ölkənin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı deyil, həm də Azərbaycan tarixinin şanlı səhifələrini yazan Liderdir.

Seçicilər öz növbəsində əminliklə bildiriblər ki, Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edəcəklər. Qədirbilən xalqımız 20 il öncə olduğu kimi, fevralın 7-də keçiriləcək seçkilərdə də qalib Liderə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv