YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu gələcək

Şəki rayonunda seçicilərlə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Şəki rayonunun Baş Küngüt, Baş Zəyzid və Vərəzət kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, təşkilatın sədr müavini Ziya Vəliyev, təşviqat qrupunun üzvləri Nərbala İslamov, Qorxmaz Balakişiyev, Kamil Məmmədov, Sədrəddin Bədiyev, Ərəstun Məmmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmiz üçün əlamətdardır. Çünki bu seçki Azərbaycanın şanlı Zəfərindən sonra bütöv Azərbaycanda keçiriləcək ilk seçkidir.

Bildirilib ki, cənab İlham Əliyev xalqın taleyini öz taleyi ilə birləşdirib. Xalqın böyük rəğbətini qazanmış Müzəffər Ali Baş Komandan ölkədə xalq-iqtidar birliyini mümkün edib. Bu birliyin, əzmin nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Qeyd edək ki, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və təşviqat qrupunun üzvləri Vərəzət kəndində də seçicilərlə görüş keçirib, onları qalib lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində fevralın 7-də seçki məntəqələrinə gedərək uğurlu gələcəyə - partiyanın namizədi  İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv