YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər reallığa çevrilib

Şabran rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şabran rayonunun Xırdaoymaq kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvləri Seymur Qədəşov, Çingiz Məmmədov, Birinci Qarabağ müharibəsi iştirakçısı Fərəc Aslanov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildikdən sonra çevik islahatlar yolunu tutaraq ölkəmizin inkişafına hesablanmış mükəmməl proqramlar həyata keçirib. Həmin uğurlu proqramlar, strateji layihələr, beynəlxalq qurumlarla və xarici dövlətlərlə fəal əməkdaşlıq, güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycana uğurla rəhbərlik edən, qlobal miqyasda ölkəmizin nüfuzunu artıran İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv