YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni zirvələrə...

Yevlax rayonunda Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Yevlax rayonunda Kəlbəcər rayonundan olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, təşviqat qrupunun üzvləri Vəsilə Cəfərova, Saday Musayev, Xəqani Həbibov və başqaları çıxış ediblər.

Çıxışlarda son 20 il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən abadlıq-quruculuq işlərindən, xalqın sosial rifahına yönəlmiş layihələrdən, beynəlxalq səviyyədə ölkəmizin artan nüfuzundan, ordu quruculuğundan, iqtisadi yüksəlişdən, dayanıqlı inkişafdan bəhs edilib.

Natiqlər xüsusi olaraq Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik məqsədyönlü fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar.

Görüşdə çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək alternativsiz Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv