YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl seçicilərinin seçimi bəllidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivində yaşayan cəbrayıllı seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, təşviqat qrupunun üzvləri Aslan Aslanov və Vaqif Məhərrəmov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa edərək müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazıb. Son 20 ildə ordumuzun, xalqımızın birliyi və şücaəti bütün dünyaya nümayiş etdirilib. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq qələbəsi, haqqın zəfəridir.

Görüşdə çıxış edənlər bütün seçiciləri milli həmrəyliyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv