YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsənlilərin seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Daşkəsən rayonunun Qaraqullar, Muşavaq və Alaxançallı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yürütdüyü çox uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün heç bir zaman olmadığı qədər güclü və qüdrətlidir.

Görüşdə iştirak edən seçicilər yetkilliklə bildiriblər ki, ölkəmizin və xalqımızın daha da parlaq gələcəyi naminə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.