YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əbədiyaşar Lider”

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Qobustan rayonunda qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı və Qobustan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Əbədiyaşar Lider” mövzusunda konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər.

Sonra Qobustan rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan rayon üzrə Təhsil sektorunun müdiri Tahir Səbzaliyevin çıxışlarında müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edilib. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın tərəqqisi uğrunda çalışmış, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. Diqqətə çatdırılıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv