YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Səbail rayonunda şəhid ailələri, qazi və müharibə veteranları olan seçicilərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Mahirə Hüseynova, Afət Xanbabayeva, Piralı Əliyev və Birinci Qarabağ müharibəsinin iştirakçıları Altay  Babaşov, Fəqan Nəsibzadə çıxış ediblər.

Natiqlər dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanan siyasətinin hər bir azərbaycanlıda qürur hissi doğurduğunu, 2016-cı ilin aprel döyüşlərində, 44 günlük müharibədə və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror tədbirlərində ordumuzun şanlı qələbəsinin məhz qətiyyətli siyasətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Həmçinin qeyd olunub ki, Azərbaycanın iqtisadi uğurları günbəgün artır və iqtisadi uğurların qazanılması ilə xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Bütün bunların fonunda ölkəmizdə şəhid ailələri, qazi və müharibə veteranları xüsusi qayğı ilə əhatə olunublar.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevə dəstək olacaqlarını və ona səs verəcəklərini bildiriblər.