YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxlular yekdilliklə cənab İlham Əliyevi dəstəkləyirlər

Samuxda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Samux şəhərində seçicilərlə görüş keçirilib.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Valeh Ələsgərov, Gəray Bayramov, Fidayıl Əliyev və Məhəbbət Həsənova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, son 20 ildə qazandığımız nailiyyətlər tarixi reallıqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeniləşən, müasirləşən, qüdrətli dövlətə çevrilib. Həyata keçirilən islahatlar respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib.

Seçicilər fevralın 7-də keçiriləcək seçkilərdə səslərini son 20 ildə xalq qarşısında verdiyi bütün vədləri yerinə yetirən cənab İlham Əliyevə verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov rayonunun Hacallı və Füzuli kəndlərində də seçicilərlə görüşüb.