YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın inamı, güvəni, seçimi yalnız qalib Liderdir

Qəbələ rayonunun Daşca və Aydınqışlaq kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonunun Daşca və Aydınqışlaq kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat  qrupunun üzvləri Anar Şirinov və Azad Məmmədov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirməsi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və xalqımızın yeni əsrdə yeni lideri olan, ölkəmizin qüdrətini bütün dünyaya sübut edən cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdən xalqın inamı, güvəni, seçimi yalnız qalib Lider İlham Əliyev olacaq.