YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü ilə əməli eyni olan Lider

Gədəbəy rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Gədəbəy rayonunun Xarxar, Zəhmətkənd və Slavyanka kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşviqat qrupunun üzvləri Pərviz Bayramov, Niyaz Qasımov, Qizbəs Əlirzayeva, şəhid atası Tələt Məsimov, Vətən müharibəsi iştirakçıları Azər Hüseynov, Gəray Əlirzayev, Namiq Nəcəfov, Mansur Səfərov, Hüseyn Alıyev, Roman Mustafavev, Aqşin Bayramov, Süleyman Süleymanov və  başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin müraciətinə səs verərək öz düzgün seçimini edən Azərbaycan xalqı İlham Əliyevə səs verərək Prezident seçdi. Son 20 il çağdaş tariximizə qızıl hərflərlə yazılan səhifə oldu. İndi isə qarşıda yeni hədəflər durur. Bu hədəflərə çatmaq və Azərbaycanın dayanıqlı inkişafını təmin etmək prioritet olaraq qalır. Bu mübarizənin önündə getməyi bacaran, Azərbaycanı qələbədən qələbəyə aparan və sözü ilə əməli eyni olan bir Lider var. O da cənab İlham Əliyevdir.

Görüşdə çıxış edən seçicilər fevralın 7-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yüksək səviyyədə həyata keçirən, onun ideyalarını yaşadan Liderimiz İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.