YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunun Köhnəqışlaq və Qarahəsənli kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Ağstafa rayonunun Köhnəqışlaq və Qarahəsənli kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdən əvvəl Köhnəqışlaq və Qarahəsənli kəndlərində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksləri ziyarət olunub, abidələrin önünə gül dəstələri düzülüb.

Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Vüsalə Salahova, Məmməd Məmmədov, Aqşin Quliyev, Fəridə Həsənova, Elmar Kərimov, Azər Məmmədov, Xuraman Əzimova, İmran Nəsibov və Alı Mehdiyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda son 20 illik fəaliyyətə nəzər salsaq, bu dövrdə ölkəmizin inkişaf mənzərəsi aydın görünür. Bugünkü Azərbaycan sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır.

Natiqlər seçiciləri 7 fevral seçkilərində Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir!

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.