YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqına tarixi anlar yaşadan Lider

Astara seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Astara rayonunun Pensər və Şahağacı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Elnur Rüstəmov, Natiq İbadov, Asif Əsədullayev, Famil Abdullayev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlərdən, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərdən geniş söhbət açılıb.

Diqqətə çatdırılıb ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib.

Natiqlər seçiciləri Azərbaycanın bundan sonrakı dövrdə tərəqqi və Zəfər yolunda inamla irəliləməsi, parlaq nailiyyətlər qazanması, yeni zirvələr fəth etməsi naminə prezident seçkilərində ən layiqli namizəd olan  cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər Azərbaycan xalqına tarix anlar yaşadan Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.