YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa söykənən siyasət

Ucar rayonunun Qazyan kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Ucar rayonunun Qazyan kənd Mədəniyyət evində kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Milli Məclisin deputatı Ramil Həsən, təşviqat qrupunun üzvləri Mütəllim Tağıyev, Rahib Rəsulov və Yaqut Zeynalova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına tarixi müraciətində tam haqlı olaraq bəyan etmişdir ki, “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün zəfər salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək, qalib dövlət kimi dünyaya öz gücünü göstərib. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi qiymətləndirilir.

Təşviqat qrupunun üzvləri seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün partiyanın veteran üzvləri Sevər Əliyeva və Zeynal Rəhimov ilə də onların yaşadıqları evdə görüş keçirilib.