YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin bu gününün və sabahının qarantı

Zərdab rayonunun Pərvanlı kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Zərdab rayonunun Pərvanlı və Sarıqaya kənd seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Emil Kamilov, Rafiq İsayev, Əhliman Kərimov və Eldar Xəlilov çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, doğma Vətəni, milləti qarşısında müstəsna xidmətləri ilə yüksələn cənab İlham Əliyev ölkəmizin bu gününün və sabahının qarantı, sülhün və sabitliyin, xalqımızın rifahının yeganə təminatçısıdır. Bütün sadalanan uğurların, qazanılan zəfərlərin nəticəsidir ki, 7 fevral 2024-cü il tarixində prezident seçkiləri ölkəmizin bütün ərazilərində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın  layiqli namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər  Azərbaycan xalqı firavan gələcəyinin təminatçısı olan siyasətə və bu siyasətin müəllifi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.