YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərur rayonunda seçicilərlə görüş keçirilib

2024- cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Şərur rayonunun Tənənəm və Danyeri kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Günel Vəliyeva, təşviqat qrupu üzvləri Seyfəddin Eyvazov, Polad Vəliyev, Əli Həsənov, Hüseyn Quliyev, Nazim Novruzov çıxış ediblər.

Çıxış edənlər vurğulayıblar ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə qoşulub. Diqqətə çatdırılıb ki, artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub və sevindirici hal budur ki, fevralın 7-də keçirilən prezident seçkiləri ölkəmizin bütün suveren ərazisində Zəfər seçkisi kimi keçiriləcək.

Çıxış edənlər seçiciləri qarşıdan gələn prezident seçkilərində xoşbəxt gələcəyimizin qarantı olan cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

 Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini söyləyiblər.

Qeyd edək ki, Şərur rayonunun Kürçülü və Kürkənd kəndlərinin seçicilərilə də görüş keçirilib. Görüşdə çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan MR Ali Məclisinin deputatı Nüsrət Həsənov, təşviqat qrupunun üzvləri Musa Şirəliyev, Tahir Əliyev seçiciləri Prezident seçkilərində fəal iştirak etməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv