YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizi tərəqqiyə aparan siyasətə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Zaqatala rayonu Kebeloba və Car kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, təşviqat qrupunun üzvləri Tahir Məmmədov, İbrahim İbrahimov, Pərviz Mehdiyev, Rəcəb Tintinov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, uzunmüddətli daxili sabitliyə, sarsılmaz xalq-iqtidar həmrəyliyinə nail olunması ölkəmizin bütün sahələrdə uğurlar qazanmasını şərtləndirən fundamental amillərdən biridir.

Görüşdə fevralın 7-də keçiriləcək prezident seçkilərinin yeni bir dövrün başlanğıcı olacağı vurğulanıb. Azərbaycan xalqı öz liderini zamanında düzgün seçib, İlham Əliyevə - bütün qələbələrin memarına inanıb. Bununla da Azərbaycan dövlətinin gələcəyi etibarlı şəxsə təhvil verilib.

Seçicilər bildiriblər ki, tariximizə Zəfər seçkiləri kimi düşəcək prezident seçkilərində YAP-ın namizədi, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklər.

DİGƏR Xəbərlər Arxiv