YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib Lider İlham Əliyevdir”

Zərdab rayonunun Yuxarı Seyidlər kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Zərdab rayonunun Yuxarı Seyidlər kəndində Yuxarı Seyidlər, Siləyli və Bıçaqçı kənd seçiciləri ilə görüş keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, şəhid mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, təşviqat qrupunun üzvləri Səliqə İsmayılova, Sevinc Məmmədova və Mübariz Umarov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini bildiriblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş qələbələr, bu uğurlara paralel olaraq siyasət meydanında qazanılan nailiyyətlər Azərbaycanın gücünü bütün dünyaya sübut edib. Məhz tarixi zəfərimizin  nəticəsidir ki, qarşıdan gələn  seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcək.  

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə görüş yekunlaşıb.    

DİGƏR Xəbərlər Arxiv