YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə görüşlər davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Ağcabədi rayonunun Hacıbədəlli, Pərioğullar və Təzəkənd kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşkilatın sədr müavini Nazim Bünyatov, təşviqat qrupunun üzvləri Məhsəti Ağayeva və Taryel Əsədov çıxış ediblər.

Çıxışçılar bildiriblər ki, dövlət başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışıb. Müzəffər Ali Baş Komandan üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail olub. Bu qələbə regionda yeni reallıqların yaranmasına səbəb olub. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti olub.

Seçicilər də çıxış edərək, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinə görə seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə hamılıqla səs verəcəklərini qeyd ediblər.  

DİGƏR Xəbərlər Arxiv