YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Ali Baş Komandan müstəqillik tarixinin ən şərəfli səhifəsini yazdı

Quba rayonunda seçicilər ilə görüş davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Quba rayonunun Xucbala, Digah, Çartəpə, Aşağı Xuc, Vəlvələ, Paşaoba və İsnovqışlaq kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri İradə İsrailova, Yusif Alıyev, İsmayıl Fərzəliyev, Elxan Məhərrəmov, Şirin Müzəffərov, Saməddin Nəsirov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi sferada mühüm uğurlara imza atmasını şərtləndirib. Bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Ərazi bütövlüyünün və suverliyimizin təmin olunması isə cənab İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir.

Görüş zamanı çıxış edən seçicilər artıq seçimlərini etdiklərini və Yeni Azərbaycan Partiyasının Sədri, xalqımıza zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar

DİGƏR Xəbərlər Arxiv