YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz xalqın xoşbəxt gələcəyinin qarantı İlham Əliyevdir”

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Göygöl rayonunun Balçılı və Qırıqlı kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Mahir Hacıyev, Dilarə Qazıyeva və Yeganə İsgəndərova çıxış ediblər.    

Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, cənab İlham Əliyevin ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını diqqətə çatdırıb, qədirbilən xalqımızın dövlət başçısına hər zaman etimad göstərməklə ölkəmizdə görülən misilsiz işləri, uğurlu daxili və xarici siyasəti, peşəkar idarəçiliyi yüksək qiymətləndirdiyini söyləyiblər.

Görüşdə çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv