YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan möhtəşəm zəfərləri ilə dünyanın diqqət mərkəzindədir

Şəmkir rayonunda seçicilərlə görüş keçirilib

Fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Şəmkir rayonunun Kür qəsəbəsi, Qılıncbəyli, Qaracəmirli və Talış kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təşviqat qrupunun üzvləri Vasib Nəbiyev, Hilal Məmmədov, İbrahim İbrahimov, Ayaz Əliyev, İmamverdi Aslanov, Məmməd Qasımov və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edilib.

Bildirilib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl üzərində addımlayan Azərbaycan möhtəşəm uğurları, zəfərləri ilə dünyanın diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev Qarabağı azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin olunmuş görmək istəyirdi. “Heydər Əliyev İli”ndə Azərbaycan xalqı və dövləti bu sevinci yaşadı. Üç il bundan öncə Azərbaycan qətiyyətli dövlət başçısı İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Bu Zəfər ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.    

DİGƏR Xəbərlər Arxiv