YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün xalqın iradəsi

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Gələn il ölkəmizdə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra ilk dəfə Prezident seçkiləri keçiriləcək. Bu seçkiləri əlamətdar edən ən önəmli cəhət budur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkənin bütün ərazisində keçiriləcək.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin cari ilin 15 dekabrında keçirilmiş genişləndirilmiş iclasında qəbul olunmuş qərara əsasən 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Əminliklə demək olar ki, bu qərar əslində bütün Azərbaycan xalqının iradəsini ifadə edir. Son iyirmi il ərzində Azərbaycanın əldə etdiyi bütün möhtəşəm uğur və nailiyyətlərin təməlində məhz Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, gərgin səyləri, siyasi qətiyyət və iradəsi, həyata keçirdiyi müstəqil siyasət kursu durur. Bu da onu göstərir ki, Azərbaycan xalqı 2003-cü ildə ilk dəfə etimad göstərərək cənab İlham Əliyevi Prezident seçməklə ən doğru qərarı vermişdir. Ötən illər ərzində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilmiş, Azərbaycan özünün beynəlxalq mövqelərini möhkəmləndirmiş, ölkəmizin bütün dünyada nüfuzu dəfələrlə yüksəlmiş, dostlarının sayı artmışdır. Bu gün Azərbaycan Avropa İttifaqının etibarlı enerji təchizatçısı olmaqla bu qitənin enerji təhlükəsizliyində aparıcı rollardan birinə sahibdir. Ölkəmiz bütün Avrasiya məkanında gedən proseslərə təsir etmək imkanlarına malikdir və bu imkanlar getdikcə genişlənir. Ölkəmizlə strateji tərəfdaşlıq əlaqələri qurmaq istəyən ölkələrin sayı durmadan artır. Azərbaycan Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və bir çox digər mötəbər beynəlxalq təsisatların fəal və nüfuzlu üzvüdür. Təkcə Qoşulmama Hərəkatına Azərbaycanın dörd il ərzində 120 ölkənin yekdil rəyi və dəstəyi ilə sədrlik etməsi artıq ölkəmizə olan böyük hörmət və etimadın ən bariz göstəricilərindən biridir.

Əlbəttə ki, Prezident İlham Əliyevin Azərbaycanın əldə etdiyi ən böyük tarixi nailiyyət 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması və bu il ölkəmizin bütün ərazisində tam suverenliyinin bərpa edilməsi oldu. Bu parlaq tarixi Qələbələrin nəticəsi olaraq Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmış Azərbaycan artıq özünü bütün dünyaya tam fərqli bir obrazda – Qalib ölkə, güclü iqtisadiyyata və hərbi potensilala malik olan qüdrətli dövlət kimi təqdim etdi.