YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi hadisə

“Bu gün, tariximizin növbəti qürurlu və şanlısəhifələrindən biri olan Qubadlının işğaldan azad olunmasından üç il ötür. 2020-ci il, oktyabr ayının 25-də rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, 1993-cü il avqustun 31-də Ermənistan  tərəfindən işğal olunmuş Qubadlı rayonunu azad etdi. Ermənistan silahlı qruplaşmaları tərəfindən Qubadlı rayonunda güclü istehkamlar qurulmasına baxmayaraq Azərbaycan Ordusu yüksək peşəkarlıqla həmin istehkamları məhv etdi və bir sıra yüksəklikləri ələ keçirdi. Qubadlının işğaldan azad olunması ordumuzun yüksəkpeşəkarlığının və qüdrətinin göstəricisi olmaqla yanaşı bizləri böyük Qələbəyə daha da yaxınlaşdırdı.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Qubadlı rayonunun işğaldan azad olunması böyük tarixi hadisədir. Rayonun geniş iqtisadi potensiala və zəngin yeraltı, yerüstü sərvətlərə malik olması ölkə iqtisadiyyatımızın inkaşfına böyük töhvə verəcək. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir və Böyük Qayıdış proqramı uğurla icra olunmaqdadır. Prezident İlham Əliyev işğaldan azad edilmiş digər rayonlarla yanaşı Qubadlı rayonuna da dəfələrlə səfərlər etmiş, gedən bərpa-quruculuq işləri ilə yaxından tanış olmuşdur: “Əminliklə demək olar ki, qurucu Liderimiz İlham Əliyevin rəhbərliyi altında Qubadlı rayonu dünyanın ən dilbər və inkşaf etmiş guşələrinin birinə çevriləcək.”

DİGƏR Xəbərlər Arxiv