YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qələbə

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Nə qədər müdafiə olunsa da düşmənin Qubadlıya hücumunun qar­şı­sı­nı almaq mümkün ol­mur­du. Ermənistan silahlı qüvvələrinə qarşı bir rayonun özünümü­da­fiə taboru müqavimət göstər­mə gücündə deyildi. Güc az idi, qətiyyət, cəsarət, təpər, vətəndaşlıq heysiyyəti, … yüksək. Döyüş­lər gedən müddətdə əli silah tutan hər Qubadlılı bir döyüşçü idi. Qubadlıda da vətəndaşlıqla işğalçılıq döyüşürdü, Bakı Qubadlıya kömk eləmirdi. Həmin vaxtlarda Qubadlıda torpaq davası gedirdi, Bakıda vəzifə, kreslo davası. Bakı Qubadlının çağırışlarını eşit­mir­di, yoxsa eşitmək ist­ə­mir­di? – düşmənin hücumları getdikcə güclənirdi. Havadarlarından həm siyasi, həm də hərbi yar­dım alan Ermənistan Qubadlı ilə həmsərhəd rayonlara da intensiv hücumlar etdiyinə görə qonşu rayonlar bir-birilərinə ciddi kömək edə bilmirdilər. Belə bir vəziyyət, mahiyyəti baxımından qüv­və­lərin bölünməsi idi və düşmən bundan məharətlə bəhrələnirdi. Hansı rayonda müdafiə zəifləyir­di­sə, hücumu o tərəfə yönəldirdi…

Cəbrayıl işğal olunduqdan sonra Qubadlıda vəziyyət daha da gərginləşmişdi. Düşmən Cəb­ra­yıl istiqamətində döyüşmüş qüvvələrini də Qubadlıya yönəltmişdi…

Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. Düşmən rayonun bütün kəndlərini, Qu­bad­lı şəhərini, rayonun onlarla tarixi abidəsini dağıtmışdı. İşğala qədər düşmənin hücumları nə­ticəsində yüzlərlə qubadlılı öldürülmüşdü…

Qubadlının işğalı on minlərlə qubadlılının didərginliyinə, köçkünlüyünə səbəb oldu. Qubad­lılar respublikamızın müxtəlif rayonlarında, şəhərlərində məskunlaşdılar. Qaçqınlar nə vaxtsa Qu­bad­lıya qayıdacaqları günü gözləyirdilər. Onlar da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmrini gözləyirdilər. Onlar da döyüşə-döyüşə tərk etdikləri Qubadlını dö­yüşə-döyüşə almaq istəyirdilər…

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Er­mə­nistan silahlı qüvvələrinin hücumunun qarşısını almış ordu hissələrimizə əks-hücum əmri verdi. İkinci Qarabağ müharibəsi başladı. Ordumuz döyüşə-döyüşə düşmənin müdafiə sədlərini dar­ma­dağın etdi. İlkin mövqe qələbələri qazandı. Bu qələbələr Ordumuzu tam qələbəyə yaxınlaş­dırırdı. Ordumuz bütün istiqamətlərdə rəşadətlə döyüşürdü. Düşmənin bu istiqamətdə də komanda məntə­qə­ləri, dayaq məntəqələri, mühüm mövqeləri, döyüş texnikaları, canlı qüvvəsi məhv edilirdi. Müda­fiə oluna bilməyən düşmən çarəsiz döyüşlərlə geri çəkilirdi. Bu geriçəkilmə məğlubiyyət idi. Or­du­muz oktyabrın 25-də Qubadlını işğaldan azad etdi. Xalq bu qələbəni böyük coşqu ilə yaşadı, inandı ki, Şuşanın da işğaldan azad edilməsinə az qalıb, sonra Böyük Qələbə qazanılacaq…

Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbay­can Ordusunun qalibiyyətinin, Ermənistan ordusunun məğlubiyyətinin təsdiqi oldu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: “Qu­bad­lıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” . Bu kəlam xalqın Böyük Qələbə­yə inamını daha da kükrətdi. Xalq əmin oldu ki, yaxın günlərdə Azərbaycanda Ermənistanın silahlı qüvvələri qalmayacaq.

Qubadlının işğaldan azad edilməsi həm hərbi qələbə idi, həm də ordunun şəxsi heyətinin mə­nə­vi-psixoloji hazırlığıını yüksəldən, döyüş əzmini, qələbə ruhunu artıran amil oldu...

Üçtərəfli Bəyanatdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mü­vafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Bu işlər mahiyyəti etibarilə tarixi Zəfərin başqa formada davamı idi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubad­lı­da Azərbaycan bayrağını ucaltdı.

Quruculuq işləri Qubadlıda da sürətlə aparılmaqdadır. Məhz bunun nəticəsidir ki, dövlət başçımızın Qubadlıya səfərləri quruculuq işlərinin coğrafiyasının genişlənməsini də sürətləndirir, gedişini də.   

2021-ci il oktyabrın 25-də - Qubadlının işğaldan azad edilməsinin birinci ildönümündə Xan­lıq-Qubadlı yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı oldu. Həmin gün cənab Prezidentimiz Qubadlı rayon icti­maiy­yətinin nümayəndələri ilə görüşdü...

Qubadlıda quruculuq işləri fasiləsiz aparılırdı. Cənab Prezidentimiz Qubadlıya növbəti səfə­rin­də “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, “Azərişıq” ASC-nin 35 ki­lovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasi­mində iştirak etdi. Bunlar həm də Böyük Qayıdışa böyük hazırlıq kimi tarixləşdi...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qubadlıya builki səfəri də ra­yonda quruculuq işlərinin dinamikasını artıracaq. May ayının 4-də bu səfər zamanı Qubadlı ş­ə­hə­rində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpa­yılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi...

Qubadlı da yenidən qurulur. Qubadlıda da həyat əvvəlki axarına düşəcək, qubadlılar Qu­bad­lını daha dərin məhəbbətlə sevəcəklər...

Dövlət başçısının müvafiq Sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu gün hamımız üçün gözəl gündür. Hamımız bu gözəl günün gözəlliyini qubadlılar Qubadlıya qayıdandan sonra daha coşqunluqla qeyd edəcəyik...