YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahidi olduq…

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri  

Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən 3 il ötür. 2020-ci ilin sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Zəngilan rayonlarının düşməndən azad edilməsi Azərbaycan Ordusunun Qubadlı rayonunun işğaldan azad edilməsinə şərait yaratdı. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedirdi. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğratdı. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 2020-ci il oktyabr ayının 25-də şanlı bayrağımız Qubadlıda dalğalanması və qəhrəman hərbiçilərimizin şəhərin işğaldan azad olunmasının Ali Baş Komandana məruzə etməsinin şahidi olduq. Qubadlının azad olunması Vətən müharibəsi tarixində ən parlaq səhifələrindən biridir.

Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfində işğal edilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Artıq bu gün Qubadlı azaddır. Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bütün ərazisində, eləcə də bölgədə yeni iqtisadi münasibətlər və beynəlxalq itqisadi çağrışlar mühiti formalaşdıra bilib. Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yerüstü və yeraltı təbii sərvətlərimizi talan etməsinə dair çoxsaylı faktlar var. Azərbaycan Ordusunun Qarabağı işğaldan və terrorçulardan azad etməsi nəticəsində bu cinayətə və talançılığa son qoyuldu.

Torpaqlarımızın işğaldan azad olunmasından qısa müddət keçməsinə baxmayaraq, düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş şəhər, rayon və kəndlərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə abadlaşdırılır. Prezident İlham Əliyev qubadlılılarla görüşündə düşmənin Qubadlını yerli-yeksan etdiyini, rayonun bərpası üçün görüləsi işlərin hələ çox olduğunu diqqətə çatdırdı. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Ölkəmizin iqtisadi imkanları Qubadlının inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır. Qubadlıda tikinti-quruculuq işlərinin aparılması məşğulluq imkanlarını da artıracaq. Dövlətin Qarabağ da sosial-iqtisadi infrastrukturu bərpa etməklə bağlı xüsusi hesablanmış, aydın proqramı var. Artıq 30 ildən çoxdur məcburi köçkün həyatı yaşayan soydaşlarımız öz doğma yurd yerlərinə qayıdırlar.

Biz inanıriq ki, Qubadlı yenidən qurulacaq və cənnətə çevriləcəkdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.

DİGƏR Xəbərlər Arxiv