YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxşaxəli tərəfdaşlıq yüksək qiymətləndirilir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycanın MDB ölkələri ilə əməkdaşlığı uğurla inkişaf edir. Sabit əməkdaşlıq, sülh gündəliyinin aktuallığı, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri ölkələr arasında yeni regional sıx əməkdaşlıq formatlarının yaranmasını şərtləndirib. Azərbaycan dövlətinin  MDB ölkələri arasında yaranan yeni format regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət etməklə və ölkələr arasında iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradıb.

Dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilat - Müstəqil Dövlətlər Birliyi bu gün beynəlxalq əməkdaşlığın önəmli formatı kimi qəbul edilir. Ölkəmizin MDB ölkələri ilə  qarşılıqlı faydalı əməkdaşlığa söykənən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil sahəsində əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Təkcə ötən il Azərbaycanla MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il isə artım hələlik 20 faizdən çoxdur.

Oktyabrın 13-də Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb: “MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”.

Dövlət Başçımızın ölkəmizin 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklənməsini qeyd etməsi də onu deməyə əsas verir ki, ölkəmiz növbəti dəfə vacib bir tədbirə evsahibliyi edəcəkdir.

Sözsüz ki, regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilən Azərbaycanla çoxşaxəli tərəfdaşlıq MDB ölkələri tərəfindən yüksək qiymətləndirilir. Öz xarici siyasətində milli maraqlar, həmçinin, beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı-faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bu isə, öz növbəsində daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.

DİGƏR Xəbərlər Arxiv