YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionun mühüm nəqliyyat və logistika mərkəzi

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara üzv olmuşdur. Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun əsas istiqamətlərindən biri də yaxın qonşularımız və postsovet məkanı ölkələri ilə əməkdaşlığın genişləndirilməsidir. Bu istiqamətdə ən çox əməkdaşlıq etdiyimiz regional format məhz Müstəqil Dövlətlər Birliyidir.

Dövlət Başçıları Şurası MDB-nin ali orqanıdır. Burada bütün dövlətlər yüksək səviyyədə təmsil olunurlar və birliyin ən vacib məsələləri müzakirə edilir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz ənənəvi olaraq MDB-nin işində iştirak etməyə çox böyük əhəmiyyət verir, bu təşkilatın fəal üzvüdür və bizdə MDB-nin böyük gələcəyi olduğuna ümidlər var. Bu məkan bizə müntəzəm surətdə fikir mübadiləsi aparmaq imkanı verir.

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında  iştirak etməsi bu təşkilata verdiyimiz önəmi bir daha sübut edir. Ölkə başçısı iclasda çıxışı zamanı Birlik çərçivəsində qarşılıqlı əlaqələrə münasibət bildirərək, sammitin nəticələrinin gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə etdi.

Bu gün Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində öz milli maraqlarımız rəhbər tutulur.

Aktual olan məsələlərdən biri kimi nəqliyyat-tranzit imkanlarının genişləndirilməsini vurğulamaq lazımdır. O cümlədən "Bir kəmər, bir yol" beynəlxalq layihəsi coğrafi olaraq MDB ölkələri ilə sıx əlaqəlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, “Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”.

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan hazırda regionun mühüm nəqliyyat və logistika mərkəzi kimi tanınır. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanması, müasir gəmiqayırma zavodu, müasir standartlara cavab verən avtomobil yolları həmin nəqliyyat dəhlizlərinin imkanlarını daha da genişləndirir. Bu imkanlar fonunda, həmçinin qeosiyasi vəziyyətlə bağlı tranzit yüklərin həcmi də getdikcə əhəmiyyətli dərəcədə artır.

DİGƏR Xəbərlər Arxiv