YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq əməkdaşlığın önəmli formatı

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində MDB Dövlət Başçıları Şurası önəmli əhəmiyyətə malikdir. Oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclası Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirildi.

Qeyd etmək lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətləri dostluq və qardaşlığa əsaslanaraq uğurla inkişaf edir. Qarşılıqlı səfərlər çərçivəsində hər iki ölkənin dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmalar icra edilir. Artıq Azərbaycan tərəfindən bir sıra investisiya layihələrinin Qırğızıstanda həyata keçirilməsinə başlanıb. Əməkdaşlığın daha da dərinləşdirilməsi  məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Son illər Qırğızıstan sosial-iqtisadi baxımdan sabit inkişaf yolunda addımlayır. Bu amil Qırğızıstanın etibarlı tərəfdaş olaraq əhəmiyyətini daha da artırır.

MDB-nin əsas fəaliyyət istiqamlərindən biri də humanitar sahədir və  əməkdaşlığın bu sahədə inkişafına Azərbaycan tərəfindən böyük töhfə verilir. 2025-ci ildə Azərbaycan üçüncü MDB Oyunlarına ev sahbiliyi edəcəkdir. Bu nüfuzlu beynəlxalq tədbir Birliyin üzvü olan ölkələr arasında qarşılıqlı fəaliyyətin digər əyani göstəricisi olacaq.

Azərbaycan və MDB ölkələri arasında iqtisadi əməkdaşlıq artan dinamika ilə genişlənir. Əmtəə dövriyəsinin bu ilki həcmi 20 faizdən çoxdur. Xüsusilə Azərbaycanın tranzit-nəqliyyat sahəsində regional mərkəz roluna malik olması  MDB-nin üzvü olan bir çox ölkələr üçün geniş imkanlar yaradır. Nəqliyyət-logistika sahəsində əməkdaşlağın inkişafı, yük ötürmə potensialının genişləndirilməsi nəqliyyət təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə atılan addımlar gələcəkdə ölkələrimiz üçün müsbət nəticələr göstərəcəkdir.

DİGƏR Xəbərlər Arxiv