YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.

Əvvəlcə YAP Xəzər rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov diqqətə çatdırıb ki, Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin müdrikliyi və siyasi iradəsi bütün sədləri yararaq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Tam müstəqil, milli maraqlarına uyğun siyasət həyata keçirir. Artan gücümüzə müvafiq olaraq dövlət müstəqilliyimiz də davamlı olaraq möhkəmlənir.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Artıq Qarabağ problemi yoxdur. Qazanılan tarixi zəfərlərin davamında Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni zirvələri fəth edəcək.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, nasir Seyran Səxavətin çıxışlarında bildirilib ki, bütün ömrünü öz xalqına bəxş edən Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlətçilik məktəbinə çevrilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirərək müstəqil ölkəmizi daha da gücləndirib, beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevirib.  Vurğulanıb ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər şanlı tariximizdir və bu tarix əbədi qürur mənbəyimiz olaraq qalacaq.

Tədbirdə digər çıxış edənlər 262 №-li tam orta məktəbin direktoru Kəmalə Babayeva, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyev və 156 №-li tam orta məktəbin tarix müəllimi Mənzər Ağabəyova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, Ümummilli Liderin milli-mənəvi dəyərlərimizə verdiyi töhfələrdən danışıblar. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyevin nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyduğunu vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv