YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın təmin edildiyi məkandır

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Müstəqil, Qalib Azərbaycan bu gün müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana çevrilib. Prezident İlham Əliyevin apardığı müdrik siyasət, Azərbaycanın dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı mövqeyi, artan nüfuzu, ölkəmizin qlobal məsələlərin müzakirə edildiyi, fikir mübadiləsi aparıldığı məkana çevrilməsinə şərait yaradıb.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının (SORB) 53-cü iclasının oktyabrın 11-də Bakı şəhərində keçirilməsi heç də təsadüfü deyil. MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Bakıda toplaşaraq, dünyada təhlükəsizlik və geosiyasi cəhətdən bir sıra köklü dəyişikliklərin baş verdiyi bir vaxtda təcrübə və fikir mübadiləsi aparmaları çoxtərəfli əməkdaşlıq əlaqələrinin yeni mərhələyə yüksəlməsinə, dövlətlərin təhlükəsizliyi baxımından mühüm qərarların qəbul edilməsinə təkan olub.

“Əminəm ki, Bakıda keçirilən tədbir qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq. Əlamətdar haldır ki, sizin iclasınız dövlət başçılarının da ünsiyyətinə və qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərinin müzakirəsinə kömək edəcək MDB-nin növbəti sammiti ərəfəsində keçirilir. Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və əlbəttə, təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Sizin işiniz, həmçinin həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyətə malikdir, çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqları yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda sizin strukturların operativ işindən asılıdır.” Ölkə Başçımızın MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən söylədiyi bu fikirlər bir daha təsdiq edir ki, dünya xalqları müstəqil Azərbaycanın timsalında dünyada təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin edildiyi, bir məkanı görürlər.

Sözsüz ki, MDB-yə üzv ölkələrin yerləşdiyi regionlarda məkanda ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi günümüzün vacib məsələlərindəndir.

Düşmən, mənfur qonşu tərəfindən torpaqlarının 20 faizi işğal edilən, 1 milyon vətəndaşının qaçqın və məcburi köçkünə çevrilən, yüzlərlə tarixi və memarlıq abidəsi dağıdıldılan Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı uzunmüddətli işğala son qoydu, ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etdi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyəti, milli maraqlara xidmət edən siyasəti nəticəsində xalqımız birlik göstərdi, tarixi ədalət zəfər çaldı. Öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail olan Azərbaycan heç bir beynəlxalq norma və prinsipləri pozmadan, humanizm göstərərək haqlı olduğunu dünyaya bəyan etdi. Azərbaycan haqq savaşı ilə dünyaya zəngin tarixə malik, əməkdaşlıq və dialoq məkanı olmaqla yanaşı, dünyaya sülh çağırışı edən bir ölkə olduğunu xatırlatdı: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına gəldikdə, biz buna hazırıq. Biz sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, düşünürəm ki, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Hər hansı digər platformalar öz xidmətlərini təklif edən həmin ölkələrin Azərbaycana deyil, həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla tərəfimizdən təhlil ediləcək”

Dünyada cərəyan edən hadisələr fonunda müstəqil Azərbaycan dövləti ərazi bütövlüyümüzü qoruyub, hər zaman da qoruyacaq, MDB məkanında dostluğun möhkəmlənməsinə öz dəstəyini əsirgəməyəcək.

DİGƏR Xəbərlər Arxiv