YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar...

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Dünyada bizim üçün,  yəni  azərbaycanlılar üçün ən birinci dayaq türklərdir

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə xalqımızın təkidli tələblərini, Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyini, Gəncədə başlanmış qardaş qırğınının Azərbaycanın bütün ərazisinə yayılacağını ehtimalının yüksək olduğunu nəzərə almaqla razlıq verdi. O dövrdə Azərbaycanda elə bir ağır ictimai-siyasi hərbi vəziyyət yaranmışdır ki, Azərbaycan dövlətini və xalqını bir araya gətirə biləcək, kənar təsirləri dəf etməyə qadir güclü bir siyasi Liderə ehtiyac vardır. Xalqımız belə bir siyasi Liderin şəriksiz olaraq Heydər Əliyev olduğunu bilir və qəbul edirdilər. Dövlətini və xalqını sonsuz məhəbbətlə sevən, hər şeydən uca tutan Ümummilli Liderimiz Heydər Əliyev Vətənin bu ağır günündə, ən məsuliyyətli vəzifəni öz üzərinə götürməyə razlıq verdi və bu şərəfli vəzifənin öhtəsindən layiqincə gəlməyi bacardı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev qısa müddətdə Azərbaycanda ictimai sabitliyi təmin etməklə, vətəndaş müharibəsi təhlükəsizliyini aradan qaldırmaqla kifayətlənmədi, eyni zamanda mövcud imkanları səfərbər edərək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının bir – birinin ardınca işğal edilməsinin qarışısını durdura bildi. Müstəqil dövlətin idarəetmə strukturlarını formalaşdırdı, qanunvericilik bazasını yaratdı, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan beynəlxalq münasibətlərin əsasını qoydu, müstəqil dövlətin proritetlərini müəyyənləşdirdi və s. Bunları xalqa arxalanan, xalqı tərəfindən sevilən, zəngin biliklərə sahib dərin dövlətçilik təcrübəsinə və beynəlxalq səviyyədə yüksək nüfuzu olan bir Lider edə bilərdi və bu Lider  Heydər Əliyev idi. Yuxarıda qeyd edilən və edilməyən keyfiyyətlərə sahib Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, müstəqil dövlətin mövcud olması və dinamik inkişafı üçün hər bir dövlətin güclü beynəlxalq əlaqələri olmalıdır. Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkanda etibarlı tərəfdaşı olmayan dövlət kənar təsirlərə məruz qalmaq məcburiyyətindədir, milli və dövlət maraqlarına uyğun tam müstəqil siyasət apara bilməz. Bütün bunları zamanında və düzgün qiymətləndirməyi bacaran Ulu Öndər Heydər Əliyev hələ Naxçıvanda rəhbər vəzifəsində olarkən qardaş Türkiyə Respublikası ilə hərtəfli münasibətlər qurmağa nail ola bilmişdir. Blokada şəraitində, çətin sosial-iqtisadi-hərbi şərtlər altında olan Naxçıvan Ulu Öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi, qətiyyətli mövqeyi və Türkiyə Respublikası ilə zamanında qurulmuş hərtərəfli münasibətlər sayəsində Naxçıvan Ermənistanın hərbi təcavüzlərindən qoruna bildi. Ulu Öndər 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyəyə, sadəcə dostluq deyil qardaşlıq səviyyəsinə yüksəldildi.

1994-cü ilin sentyabr ayının 20-də əsrin müqaviləsi adlandırılan Böyük Neft Kontraktını kənar təqib və təzyiqlərə rəğmən imzalamaqla və neft, qaz kəmərlərinin, dəmir yolunun çəkilişi Türkiyə dövlətini kənar qüvvələrin təsirlərindən xilas etdi, Türkiyəni beynəlxalq güclərin monopoliyasında olan enerji daşıyıcıların asılılığına son verdi. Beləliklə həm Azərbaycan, həm də tam müstəqil siyasət yürüdən, kimsəninsə diqtəsi ilə idarə olunan deyil, milli və dövlət maraqlarına uyğun fəaliyyət göstərən, hər bir dövlətin hesablaşdığı və hörmətlə yanaşmaq məcburiyyətində qaldığı dövlətlər səviyyəsinə yüksəlməyin əsasını qoymuş oldu.

01 iyul 1996-cı ildə Almaniyanın Bonn şəhərində təşkil edilmiş Almaniyadakı Azərbaycan Cəmiyyətlərinin səbirləri və Azərbaycan Cəmiyyətləri Federasiyasının nümayəndələri ilə görüşdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyev demişdir:  “Dünyada bizim üçün,  yəni  azərbaycanlılar üçün ən birinci dayaq türklərdir”. Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilən bu kəlam daha sonra “Türkiyə ilə Azərbaycanın bir millət, iki dövlət”  kəlamı səviyyəsinə çatdırıldı. Dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə doğma olan iki dövlət möcud deyildir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni reallıqlar nəzərə alınmaqla davam etdirildi və ən yüksək səviyyəyə yüksəldildi.

Azərbaycan və Türkiyədə əldə edilmiş uğurların əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu müstəsna xidmətlərinə görə bir vətəndaş olaraq hər birimiz Ulu Öndər Heydər Əliyevə borcluyuq.