YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüksəlişin tükənməz mənbəyi

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət kimi Azərbaycan dövlətçiliyini yox olmaqdan və parçalanmaqdan xilas edib. Müasir Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi möhkəmləndirən, inkişaf etdirən qüdrətli şəxsiyyət kimi tarixdə əbədi qalacaq. Bu bir reallıqdır ki, bu günki müasir və qalib Azərbaycan Heydər Əliyevin çoxşaxəli, məhsuldar fəaliyyətinin şah əsəri hesab olunur.

Hələ sovet dövründə Azərbaycanda rəhbərliyə başlayan ulu öndər Heydər Əliyev ölkəmizin keçmiş ittifaqın iqtisadiyyatı üçün xammal mənbəyi deyil özünün istehsal sahələri ilə inkişaf edən bir diyara çevrilməsinə nail oldu. Məhz bu uğurlu strategiyanın nəticəsində bütün göstəricilərlə keçmiş ittifaq miqyasında geri qalan Azərbaycan qısa zamanda inkişaf etmiş respublikalarından birinə çevrildi.

Bu mənada ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr 1969-1982-ci illər ölkə iqtisadiyyatda köklü dəyişikliklər baş verdi. Struktur və keyfiyyət dəyişiklikləri sovet Azərbaycanında tərəqqinin, yüksəlişin, ölkəmizin sonrakı dövr üçün fundamental strategiyasının təməli qoyuldu.

Çünki ümummilli liderin rəhbərliyi ilə 1969-1982-ci illərdə sovet Azərbaycanında ana dilində fəaliyyət göstərən yüzlərlə uşaq bağçaları, məktəblər litseylər və digər təlim-tədris ocaqları tikilib istifadəyə verilmişdi. Eyni zamanda ölkəmizdə mövcud olan ali təhsil ocaqlarının sayı da artırıldı ki, bu da gənc nəslin yüksək səviyyəli təhsil alması, təlim və tərbiyəsi üçün başlıca amil idi.

Ulu öndərin həmin vaxt ölkəyə rəhbərliyi dövründə sosial statusundan, asılı olmayaraq azərbaycanlı gənclərin intellektual imkanlarına malik təhsil almaq imkanları formalaşmışdı. Məhz ulu öndərin təşəbbüsü və birbaşa nəzarəti ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə müxtəlif kateqoriyadan olan gənclərin təhsil almasına şərait yaradıldı.

Ulu öndər Heydər Əliyev məhz milli hərbi kadrların hazırlanması istiqamətində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasını qoydu.

Bu amil sözsüz ki, azərbaycanlıların hərbi işinə olan marağının daha da artmasına, ictimailəşməsinə imkan vermiş oldu.

Birmənalı olaraq Azərbaycan dövlətçiliyinin gələcək fundamental əsaslarının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addım sonrakı dövrdə müstəqil dövlət quruculuğundakı mühüm rol oynadı.

İkinci dəfə öz müstəqilliyini bərpa edən Azərbaycan 90-cı illərin əvvələrində düşmüş olduğu çətinliklərdən tarixi sınaqlardan məhz ulu öndər Heydər Əliyevin strategiyası sayəsində üzü ağ çıxdı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev özünün dərin dövlətçilik təcrübəsi, zəkası və müdrikliyi ilə ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla yanaşı onun bügünki inkişaf mərhələsinə yüksəlməsini təmin etmiş oldu.

Bu uğurlu strategiyanın nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan qarşısında yeni üfüqlər açıldı.

Ulu Öndər Heydər Əliyev siyasətini böyük uğur və əzmlə davam etdirən Prezident İlham Əliyev praqmatik siyasəti nəticəsində müasir Azərbaycanın güclü, qalib obrazını formalaşdırdı. Biz bunun bariz təntənəsini ölkəmizin sürətli inkişafında ümummilli liderin ideyalarının həyata keçirilməsinin misalında görmüş olduq.

Bu gün bütün dünyada Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu siyasi strategiyasının layiqli davamçısı olmaqla güclü, mahir diplomat, parlaq şəxsiyyət kimi böyük nüfuz qazanıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasında təbii ki, ideya və baxışlar sistemində dövlətimizin müdafiə potensialının gücləndirilməsi, keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin ədaləti həlli başlıca prinsip kimi müəyyənləşmişdi.

Azərbaycan xalqının istək və arzularının torpaq, vətən sevgisinin ən bariz nümunəsi kimi ölkəmizin ərazi bütövlüyünün təminatı ən ümdə vəzifə hesab olunurdu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, güc nümayiş etdirdi. Bunun nəticəsində 30 illik Ermənistanın işğal siyasətinə  son qoyuldu. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən  ərazi bütövlüyü təmin edildi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının ölkəmizin ərazi bütövlüyünün  bərpası, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı Qətnamələrini təkbaşına icra etdi. Bölgədə separatizmə sarsıdıcı zərbə vuruldi. Sülhə, təhlükəsizliyə, əməkdaşlığa başlıca zəmin yarandı. Azərbaycan özünün ərazi bütövlüyü ilə bağlı fundamental prinsipləri təmin etməklə  beynəlxalq hüquqa olan münasibətini ortaya qoydu.

Sözsüz ki, bu gün Avropanın enerji təhlükəsizliyinə başlıca təminatçı olan Azərbaycan BMT-dən sonra ikinci böyük nüfuzlu təşkilat Qoşulmama Hərəkatına sədrlik etməklə özünün mühüm təşəbbüsləri ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Artıq Azərbaycan dünyada qalib ölkə kimi irəli sürülən bütün vəzifələri uğulra icrasına təminatına nail olur.

Bu günki qalib və güclü, regional və qlobal miqyasda söz sahibi olan dövlətimiz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi və onun fundamental əsaslarını yaratdığı Azərbaycandır. Məhz bu baxımdan da güclü, qalib, ərazi bütövlüyünü təmin etmiş suveren Azərbaycan  Heydər Əliyev strategiyasının, ideyaların və düşüncələrinin təntənəsi hesab edilir.