YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər nidası Xankəndidə qoyuldu!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndiyə, həmçinin Qarabağın digər rayon və şəhərlərinə səfəri, orada ölkəmizin üçrəngli Bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.

Türkiyənin Anadolu Agentliyi, “TRT Haber”, “NTV”, Haber Global, “Hürruyet”, “CNN türk”, “İHA”, “Sözcü”, “Habertürk”, “YeniAkit”, “Yeniçağ”, “Sabah” və bir çox digər media qurumları tərəfindən yayımlanan xəbərlər “Xankəndidə Azərbaycan Bayrağı ucaldıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə və Xocalıda qaldırıb” kimi başlıqlarla verilib.

Materiallarda Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Bunun tarixi hadisə kimi mühüm əhəmiyyət daşıdığı vurğulanıb.