YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri və Baş nazir İrakli Qaribaşvili ilə birgə mətbuata açıqlamaları Ukraynanın nüfuzlu KİV-lərinin diqqət mərkəzində olub.

“Ukrinform”, “İnterfaks-Ukrayna”, “RBK-Ukrayna”, “Korespondent”, “Ukraynska Pravda”, “Yevropeyska Pravda”, “Slovo i Dilo” və digər media orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Ermənistanla bağlı fikirləri oxucuların diqqətinə çatdırılıb.

Dövlətimizin başçısının xüsusilə regionda sülh çağırışı Ukrayna KİV-lərinin diqqət mərkəzində olub. Qeyd olunub ki, rəsmi Bakı beynəlxalq aləmin Ermənistan ilə Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək göstərməsini alqışlayır. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal Azərbaycanın aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gedə bilərlər.