YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarix yazan əbədiyaşar Lider”

Pirallahı rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Tarix yazan əbədiyaşar Lider” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Bakı şəhər Gənclər və İdman İdarəsi Pirallahı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüqar Əliyev, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Qair Carullayev, 168 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Türkel Abdiyeva, 235 nömrəli tam orta məktəbin tarix müəllimi Türkan Məmmədova, Pirallahı Tibb Mərkəzinin əməkdaşı Səkinə Rüstəmzadə çıxış ediblər.

Çıxışlarda həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışılıb, onun nurlu və əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir.