YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük töhfə

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Bu gün Azərbaycanın iqtisadiyyatının, sənayesinin, elm sahəsinin sürətlə inkişaf etməsində ulu öndər Heydər Əliyev imzası görünür. Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi bütün işlər müstəqil Azərbaycanın güclü dövlət olmasına hesablanmışdır. 1973-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir.

50 il sonra, 2023 cü ildə Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda yenidən Beynəlxalq Astronavtika Konqresi keçirildi. 100-dən çox ölkəni təmsil edən və 5000-dən çox iştirakçısı olan tədbirdə Prezident İlham Əliyev çıxış etdi. Ölkə başçımız çıxışında Azərbaycanda Astronavtika sahəsinin sürətli inkişafı, ölkəmizin beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilməsi, eləcə də Azərbaycanın dünyada gedən siyasi və iqtisadi proseslərdə önəmli rol oynaması haqqında ətraflı məlumat verdi.

Qürurlu haldır ki, artıq 10 ildir Azərbaycan Beynəlxalq Astronavtika ailəsinin fəal üzvüdür. Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəçi peykinə malik olan Azərbaycan beynəlxalq kosmik sənayenin inkişafına böyük töhfə verir. Sevindirici haldır ki, bu peyklər Azərbaycan mütəxəssisləri tərəfindən idarə olunur və Azərbaycanla yanaşı 45-dən artıq ölkəyə xidmət edir. Azərbaycan beynəlxalq təşkilatlarda dünyanın siyasi ictimai həyatında mühüm rol oynayır. Ölkəmiz 100-dən çox üzvü olan Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzuna, eləcə də BMT dən sonra dünyanın iknci ən böyük siyasi təşkilatı olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının dünyada nüfuzunun artmasına böyük töhfələr verdiyinə görə Azərbaycan dördüncü ildir ki, bu təşkilata sədrlik edir.

Bu gün bir çox Avropa dövlətləri Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Ölkəmiz Avropa İttifaqının 4 dövləti ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamışdır. Azərbaycandan Avropa dövlətlərinə ixrac edilən təbii qaz bu dövlətlərin enerji təhlükəsizliyinə böyük töhfə verir. Azərbaycan dövlətinin siyasətinin əsasını qonşu dövlətlərlə dostluq əlaqələri yaratmaq, xalqlar arasında mehriban, səmimi ünsiyyət qurmaq təşkil edir. Ölkəmiz multikultural dəyərlərə böyük önəm verir. Azərbaycan çoxmədəniyyətli, çox komfessialı cəmiyyətə malik dövlətdir. Ölkəmizdə yaşayan bütün xalqlar üçün öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılmışdır. Azərbaycan 10 ildən çoxdur ki, Bakı Prosesinin təşəbbüskarıdır. Tarixdə ilk dəfə olaraq Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə olundu. Müstəqilliyimizin ilk illərində yoxsul bir dövlət olan Azərbaycan artıq güclü dövlətə və kosmosda peykləri olan qüdrətli bir ölkəyə çevrilmişdir.