YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycan adını dünya idman tarixinə qızıl hərflərlə yazdı

Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyəli ev sahibliyi etməsi ilə adını dünyanın idman tarixinə qızıl hərflərlə yazdı.

Bu sözləri iyunun 29-da gәnclәr vә idman naziri Azad Rәhimov “Bakı-2015” birinci Avropa Oyunlarının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Bakı-2015” ilk Avropa Oyunlarına istər yerli, istərsə də beynəlxalq media tərəfindən böyük diqqətin ayrıldığını bildirən Azad Rəhimov bu qədim Odlar Yurdunun zənginliklərinin həqiqətən də dünyaya təqdim edildiyini vurğulayıb. Nazir Azərbaycan atletlərinin birinci Avropa Oyunlarında ümumilikdə 56, o cümlədən 21 qızıl medal qazanaraq ölkəmizin adını dünyanın idman tarixinə qızıl hərflərlə həkk etdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, idmançılarımızın çıxışları ilə bağlı proqnozlar özünü tamamilə doğrultdu. Bizim göstəricilərimiz çox yüksəkdir. Bu gün Prezident İlham Əliyev bütün idmançılara, onların məşqçilərinə, Oyunların təşkilində iştirak edən insanlara təbriklərini çatdırdı və onlara yüksək mükafatlar təqdim etdi. Prezident İlham Əliyev onların işini yüksək qiymətləndirdi. Ən əsas mükafat – “Heydər Əliyev” ordeni isə Təşkilat Komitəsinin sədri, Oyunlarla bağlı məsələlərlə dərindən məşğul olan birinci xanım Mehriban Əliyevaya təqdim olundu. Mən idman ictimaiyyəti, xalqımız adından Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı təbrik edirəm. Avropa ailəsi, bütün idman federasiyaları bu bayramı bizimlə birgə yaşadı. İdmançılarımız demək olar ki, hər gün xalqımızı qələbələrlə sevindirdilər. Mən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə dərin minnətdarlığımı bildirirəm. Biz bütün etimadları doğrultmuşuq. Bu bayram bu gün bitir. Azərbaycan böyük və təntənəli bayramlarla tez-tez qarşılaşacaq. Bizim xalqımıza qələbə yaraşır.

Nazir diqqətə çatdırıb ki, ümumiyyətlə Oyunlar dünyanın 145 ölkəsində yayımlanıb. “Twitter”də ən çox paylaşılan 5 sorğudan biri “Bakı-2015” idi. Oyunlara ümumilikdə 17 min gənc könüllü cəlb olunmuşdu. Xarici ölkələrdən gələn könüllülərin sayı kifayət qədər çox idi. Beynəlxalq Yayım Şirkəti tərəfindən 1000 saatdan çox yayım həyata keçirildi. Bütün bu nailiyyətlər Azərbaycanın istənilən məsələyə nə dərəcədə məsuliyyətlə yanaşmasının daha bir əyani göstəricisidir.

“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeni təltif edilməsinin onu qürurlandırdığını söyləyib. Ölkə rəhbərliyinin bu addımının, eləcə də Oyunların təşkilində və keçirilməsində fəal dəstəyinin onları daha da ilhamlandırdığını söyləyən Saymon Kleq Əməliyyatlar Komitəsində 2500-ə yaxın yerli və xarici mütəxəssisin, müxtəlif təcrübəyə malik insanların bu mötəbər idman bayramının yüksək səviyyədə keçirilməsi üçün səylə çalışdıqlarını bildirib. Oyunların təşkilinə cəlb edilən azərbaycanlı əməkdaşların, eləcə də könüllülərin gələcəkdə istənilən tədbirin keçirilməsində zəngin təcrübə qazandıqlarını diqqətə çatdıran Saymon Kleq deyib: “Sponsorlara, tərəfdaşlara, mətbuata təşəkkürümü bildirirəm. Avropa Oyunları böyük nailiyyətə çevrildi. 12500-dən artıq könüllünün dəstəyi nəticəsində ilk Avropa Oyunları tarixə çevrildi. Hər gün bu gənclər Azərbaycanın adını uca tutmaq üçün əllərindən gələni etdilər. Açılış mərasimi bənzərsiz nailiyyət idi. Bu nailiyyət münasibətilə heyətimizin azərbaycanlı üzvlərini təbrik edirəm. Milli idman federasiyalarının zəhməti böyükdür. Prezident İlham Əliyevin fəaliyyətində əsas prinsiplərdən olan “qara qızılı insan kapitalına çevirmək” siyasətinin həyata keçirilməsinə öz töhfəmizi verməyə çalışdıq. Bu Oyunlara dəstək göstərdiyimiz üçün qürurlanırıq”.

DİGƏR Xəbərlər Arxiv