YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Frans Press Agentliyi birinci Avropa Oyunlarının bağlanış mərasimini işıqlandırıb

Frans Press Agentliyi iyunun 28-də ilk Avropa Oyunlarının təntənəli bağlanış mərasimi ilə bağlı geniş məqalə yayıb.

“Azərbaycanda keçirilən birinci Avropa Oyunları möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” sərlövhəli məqalədə müəllif “rəngli xoreoqrafiyalar, heyranedici atəşfəşanlıq Avropa Oyunları üçün ideal sonluq idi”, - deyə vurğulayıb.

İdmançıların təəssüratlarını da qələmə alan məqalə müəllifi Oyunların mükəmməl təşkil edildiyini qeyd edib. “Bakı Olimpiya Oyunları üçün hazırdır. İnfrastruktur və təşkilatçılıq qabiliyyəti Azərbaycana bu Oyunları keçirmək üçün imkan verir. Birinci Avropa Oyunları hər addımda gözləntilərimizə cavab verdi”, - deyə məqalədə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də fikirlərinə yer verilir.

DİGƏR Xəbərlər Arxiv