YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sınanmış etibarlı dostluq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycanın xarici siyasətinin prinsiplərinin dəyişməzliyi davamlı uğurlarında öz sözünü deyir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxaalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək səviyyədədir. Türk dünyasının birliyi xarici siyasətimizdə xüsusi yer tutur. Dünya hər zaman Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu fonunda türk ailəsinin həmrəyliyinin şahidi olub. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın türk birliyinə verdikləri töhfələrin təqdimatı Türk Dünyasının Ali Ordeninə layiq görülmələridir.

Tarixi Zəfərimiz birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirdi. Qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlarda biri-birinə dəstək diqqətdən kənarda qalmır. Bu günlərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev cənab İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə oldu.  İki dövlət başçısının qarşılıqlı səfərləri ölkələrimiz üçün tarixi və strateji əhəmiyyət daşıyır. Dövlət başçılarının bəyanatları, imzalanmış sənədlərin əhatəsi bu səfərin tarixi əhəmiyyət daşıdığını bir daha təsdiqlədi. İki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələdə inkişaf edir.

Özbəkistan Prezidentinin dövlət səfəri ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə kimi xarakterizə edilir. Bu səfərin gündəliyinə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxil oldu.  Səfər zamanı ticarət dövriyyəsinin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlığın gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, nəqliyyat və tranzit sektorunda imkanlardan səmərəli istifadə edilməsinə dair müzakirələr aparıldı, bir sıra mühüm sənədlər imzalandı. Mətbuata bəyanatında “Düşünürəm ki, bu gün bizə nümayəndə heyətlərinin üzvləri tərəfindən qarşıdakı iki-üç ildə gözləntilərimizlə bağlı məruzə olunan məsələlər ölkələrimiz arasında münasibətləri ən yüksək səviyyəyə qaldırmağımızı göstərir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  təsadüfi deyil  imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi kimi dəyərləndirildi.  Belə ki, səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının açılışı oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində  yeni evlərə köçürülmüş sakinlərlə görüşdülər. Qonaqlar, həmçinin Füzuli şəhərinin Baş planı ilə tanış oldular. Özbəkistan Prezidentinin və xanımının Qarabağa səfəri çərçivəsində türk dünyasının mədəniyyət paytaxtı Şuşada olmaları bu məkandan türk dünyasının birliyi çağırışı oldu. Dünya türkdilli ölkələrin ikitərəfli əlaqələrinin inkişafı fonunda ümumilikdə türk dünyasının birliyini, həmrəyliyini görür.

Qısa təhlil bu qənaətə əsas verir ki, dərin köklərə malik olan Azərbaycan-Özbəkistan qardaşlığının, dostluğunun daha da möhkəmlənməsi üçün geniş imkanlar yaranır. İmzalanan hər bir sənəd yeni istiqamət üzrə əməkdaşlıq, sabaha bir çağırışdır.

DİGƏR Xəbərlər Arxiv