YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya məşhurlarının sərgilərini Heydər Əliyev Mərkəzində izləmək imkanı yaranıb

İstirahət günlərində Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərini izləmək fürsəti var. Belə ki, Heydər Əliyev Mərkəzi hazırda fərqli mövzularda sərgilər təqdim edir.

Ziyarətçilər Mərkəzdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən Muzeylə, Azərbaycan mədəniyyəti və ənənələrini, memarlıq abidələrini əks etdirən sərgilərlə (“Azərbaycan inciləri: tarixin axarında”, “Mini Azərbaycan”) tanış ola bilərlər.

Mərkəzdə, həmçinin müxtəlif ölkə və xalqların incəsənət nümunələri təqdim olunur. Sənətsevərlər burada belçikalı rəssam Vim Delvuanın əsərlərini, “Qreys Kelli: şahzadə və stil ikonası” və Türkiyənin görkəmli rəssamlarının sərgilərini izləyə, yapon rəssam Yayoi Kusama, böyük britaniyalı heykəltəraşlar Toni Kreqqin “Nəzər nöqtələri” və Aniş Kapurun “Parabolik bükülmə” əsərlərinə tamaşa edə, “Ceyranlar”, “Gracking art” sərgiləri ilə tanış ola bilərlər. Ziyarətçilər “Klassik avtomobil sərgisi”ni izləməklə avtomobil sənayesinin inkişaf tarixinə ekskursiya edəcəklər.

Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasındakı əsərlər sırasına daha bir neçə əsər daxil olub. İzləyicilər hazırda Mərkəzdə Jaume Plensanın “Avtoportret”, Jan-Mişel Otonyelin “Adsız (Özü taxılan qara boyunbağı)”, Mariko Morinin “Tsiklik-1” əsərlərini izləyə bilərlər.

 

DİGƏR Xəbərlər Arxiv