YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seuldan Şuşaya...

Şuşa Qlobal Media Forumunun Cənubi Koreyadan olan iştirakçısı Ço Ce-hyonun Azərbaycan dövlətinin işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq işləri, habelə Azərbaycanın turizm potensialı haqqında məqaləsi nüfuzlu “The Korea Times” qəzetində dərc olunub.

“Azərbaycana uzun, amma faydalı səyahət” adlı məqalədə müəllif ölkəmizin, paytaxt Bakının turizm potensialından bəhs edib, Şuşaya səfərindən geniş söz açıb. O, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi olduğunu vurğulayıb, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın bir çox şair, musiqiçi, incəsənət adamı yetişdirdiyini yazıb.

Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündən ətraflı bəhs edərək, dövlətimizin başçısının jurnalistlərin müxtəlif mövzulara dair suallarını səmimiyyətlə cavablandırdığını qeyd edib. Koreyalı jurnalist Prezident İlham Əliyevin mətbuat konfransı bitdikdən sonra dövlətimizin başçısı ilə görüşməyə can atan hər bir iştirakçının istəyinə həssaslıqla yanaşaraq, onlarla xatirə şəkli çəkdirdiyini xüsusi vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv